Koder yoxsa Developer

“Coder or Developer?” bu iki anlayış bir-birindən fərqlidir 💡 . Gəl hər ikisinə ayrılıqda baxaq. 

📌 “Koder” ifadəsi daha spesifik olub sadəcə kod yazma prossesində iştirak edən şəxsə deyilir. Bu şəxslər adətən müəyyən bir dil və ya texnologiya sahəsində ixtisaslaşmış olurlar. “Coder” olmaq, kodlar yaza bilmək hələ proqramçı olmaq deyil. 

📌 Proqramçı isə proqram təminatının hazırlanmasının hər hissəsində yer alan geniş bilik və təcrübəyə sahib olan şəxsdir. Proqramçılar adətən bir layihənin planlanmasından başlayaraq, kod yazma, test etmə, xətaları təmizləmə, layihəni idarə etmə kimi fərqli işləri həyata keçirilər. Proqramçılar bir çox proqramlaşdırma dili və texnologiyaları haqqında məlumatlıdırlar. Onlar həmçinin proqram mühəndisliyi və alqoritm dizaynı kimi anlayışlarda bilikli olan şəxslərdir.

 Yeni başlayanda adətən kitabın qaydalarına görə kodları yazmağa çalışırıq 💻 . Vaxt keçdikcə əldə etdiyimiz bilik və təcrübə vasitəsilə fərqli yanaşmaları ortaya qoya bilirik. Proqramçı olmaq yenilik ortaya qoya bilməklə başlayır. Yeni məhsul formalaşdırmaq, standartlardan kənarlaşıb öz üslubumuzu ortaya qoya bilmək coderi proqramçıya çevirir. Sahə üzrə daha çox öyrəndikcə bir kodu yazmağın birdən çox üsulunun olduğunu, burda bizim yaradıclığımızın işə düşdüyünün şahidi oluruq.

Bəzən bu bir yazar kimi bizim üslubumuz və ya imzamız olur. Kodlar, onların yazım şəkli, texnologiyalar və dillər arasında uyğunluq onları bir ahəngə salır. 

Bu əlaqəni anladıqca daha geniş aspektdən baxa bilirik. Texnologiyalar və dillər arasında olan bu əlaqəni “Frontend” üzərindən göstərmək istərdim. Həm də sahəyə yeni girəcək şəxslər üçün tanışlıq olar:

  1. Yazıların çoxluğu qorxutmasın. Frontend-ə başlayarkən ilk “HTML” (Hypertext Markup Language) ilə kodlar yazmağa çalışırıq. Yuxarıdakı şəkildə “Visual studio”-nu açdıqda qarşılaşacağımız şablonu görürük. Burada yazacağımız kodlar web-də əksini tapacaq. 


Bu hissədə yazdığımız kodlar, developer dili ilə desək, web saytın skeletini formalaşdırır. Skelet isə təklikdə sadəcə quru gövdədir. Kod yazmağı yeni öyrənərkən HTML, başlaması asan texnologiya olduğundan bizə növbəti mərhələ üçün stimul verir.

     2. Bu quru gövdəyə forma verməkdə isə bizə “CSS”  köməyə çatır. CSS vasitəsilə rəngləri, yazı tiplərini, böyüklüyü, kənar boşluqlarını və bir          çox still xüsusiyyətlərini istifadə edərək qurduğumuz bu gövdəni bəzəyirik. 


Ona gözəllik qatırıq, bunu evin interyer dizaynına da oxşatmaq olar. Limit yalnız xəyal gücümüzdür. 

Buradan da yazının HTML vasitəsiylə tək şəkildə necə sadə CSS ilə birlikdə olduqda daha gözəl göründüyünün şahidi oluruq. CSS kodlarını HTML içərisində və ya istinad verərək xarici bir fayl olaraq yazmaq olar. Məsələn aşağıdakı CSS kodunun HTML faylına istinadının görsəndiyi kimi.

3)  Skeletimizi qurduq, ona gözəllik verdik, lakin o, hər hansı iş görə bilməkdən acizdir. Bu funksionallığı qura bilməyimiz, ona bir iş gördürə bilməyimiz üçün jаvascriptə ehtiyacımız var. jаvascript ilə biz bu gözəl gövdəni hərəkətə gətirəcək ona addım ata bilərcək funksionallıq verəcəyik. 

Javascrit-in köməyi ilə biz “Mən jаvascript” düyməsinə basdıqda həm yeni bir şəkil çıxacaq, həm də ona animasiya verə biləcəyik.

Kiçik bir nümunə ilə kodlar arasındakı əlaqəni və bağlılığı göstərə bildiyimi düşünürəm. Sadə və rahat izah olunduğuna ümid edirəm. Gələcəyin proqramçısı olma yolunda uğurlar sənə!

{lang_hansimekanda}

{lang_tehsilalacaqsan}

Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya
Div akademiya

{lang_bizitovsiye}

{lang_edirler}

it kurslar bakida
{lang_referans1}

{lang_referans1a}

{lang_referans1b}

it kurslar bakida
{lang_referans2}

{lang_referans2a}

{lang_referans2b}

it kurslar bakida
{lang_referans3}

{lang_referans3a}

{lang_referans3b}

it kurslar bakida {lang_seneyardimci}

{lang_qeydiyatdan}

  • aysel div academy

kod yazmaq{lang_ilkaddimiat}
{lang_odenissizsinaq}

{lang_sl_crs}